Mi MIX 3 təqdim edildi.

Mi MIX 3 telefonu rəsmi olaraq təqdim edildi.

25 oktyabrda Çinin Saray Muzeyində keçirilən mərasimlə Mi MIX 3 telefonu təqdim edildi. Çərçivəsiz ekran dizaynının qabaqcılı olan MIX seriyasının 3-cü nəsil davamçısı olan Mi MIX 3 bu dizaynı daha da təkmilləşdirib. Bu telefon həm dizayn, həm də texniki göstəricilərinə görə mükəmməl bir telefondur.

Telefonun önə çıxan əsas texniki göstəricilərinə nəzər salaq.

  • 6,.39-düym (2340 × 1080 piksel) AMOLED Full HD+ 19:5:9 ekran ilə 103.8% NTSC Rəng Gamut, 60000:1 kontrast nisbəti, 600 nit parlaqlıq.
  • 2.8GHz Səkkiz nüvəli Snapdragon 845 64-bit 10nm Mobil Platforma  Adreno 630 qrafik prosessor ilə
  • 6GB LPDDR4x RAM ilə 128GB (UFS 2.1) yaddaş / 8GB LPDDR4x RAM, 128GB / 256GB (UFS 2.1) yaddaş, 10GB LPDDR4x RAM ilə 256GB (UFS 2.1) yaddaş
  • Android 8.1 (Oreo) əsasında MIUI 10
  • Dual SIM (nano + nano)
  • 12MP arxa kamera 26mm geniş bucaqlı linza ilə, 1/2.6″ Sony IMX363 sensor, f/1.8 diyaframlı, 1.4µm piksel ölçülü, ikili LED işıq, 4-oxlu OIS, Optik yaxınlaşdırıcı, 4K video çəkmə, 960 fps yavaşladılmış çəkiliş, ikinci 12MP arxa kamera Samsung S5K3M3+ sensor ilə, 1.0 µm piksel ölçülü, f/2.4 diyaframlı, 2X yaxınlaşdırma
  • 24MP ön kamera Super Piksel zəif-işıq texnologiyalı, ikinci 2MP DOF (dərinlik) kamerası, xüsusi yüksək CRI selfie işıq
  • Ənənəvi barmaq izi sensoru
  • Dual 4G VoLTE, WiFi 802.11ac dual-band (4×4 MU-MIMO ), Bluetooth 5, GPS/GLONASS/Beidou, NFC, USB Type-C.
  • 3,850mAs batareya sürətli enerji yığma texnologiyası ilə, 10W Qi simsiz enerji yığma
  • Rəng seçimi olaraq: 6GB RAM + 128GB (Qara), 8GB RAM + 128GB (Qara, Mavi, Yaşıl), 8GB RAM + 256GB (Qara), 10GB + 256GB (Saray Muzeyi Versiyası mavi rəngli)
  • Qiymətlər: 6GB RAM/128GB ROM  475 dollar, 8GB RAM/128GB ROM 517 dollar, Saray Muzeyi versiyası 720 dollar

Dizayn olaraq baxdıqda Mi MIX 3 ilə MIX seriyasından öyrəşmişdiyimiz aşağı sağ küncdə yerləşdirilən ön kamera yerini dəyişib. Yeni bir dizayn ilə ön kamera sürüşərək çıxan arxa hissəyə yerləşdirilib. Ön kamera olan hissə xüsusi bir maqnitli texnologiya ilə açılır. Bununla da telefonun çerçivələri daha da incəldilib və çərçivəsiz ekran anlayışı Mi MIX 2S-ə nəzərən 3,82% daha yaxşılaşdırıb. Telefon həm bağlı, həm də açıq vəziyyətdə gözəl bir görünüşə sahibdir. Xizəkli dizayn edilmiş ön hissə sadəcə selfie kameraları üçün nəzərdə tutulmayıb. Qapağı sürüşdürməklə zəngə cavab vermək, əlavə olaraq bəzi tətbiqlər üçün qısayollara keçmək olur.

Telefonun həm ön, həmdə arxa kamerası olduqca iddialıdır. Telefonun arxa kameraları Mi 8 və Mi MIX 2S ilə eyni olsalarda üzərində xeyli işləmiş Xiaomi əməkdaşları şəkil və video çəkilişlərini daha da yaxşılaşdırmışdırlar. DXOMark üzərindən 103 xal toplayıb.

Comments

comments

Posted in Blog, Genel, Haberler, Xiaomi Məhsulları.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir