Xiaomi telefonlarının istifadəçi interfeysi olan MİUİ hər zaman yenilənməyə və təkmilləşdirilməyə davam etdirilir. Avqust ayında Çində MİUİ 9 istifadəçi interyefsi təqdim edilsədə bugünə kimi sadəcə beta versiya yayımlanmış və təkmilləşdirilməsinə davam edilirdi. Nəyayət 2 noyabr tarixində Hindistanda təskil olunan təqdimat mərasimində MİUİ 9 Global Stabil versiya təqdim edildi. Və hansı cihazlara veriləcəyi və verilmə ardıcıllığı açıqlandı. Həmişə olduğu kimi bu dəfədə yeniləmənin telefonlara gəlməsi mərhələli şəkildə olacaq. MİUİ 9 ilə nələr dəyişdi və nə yeniliklər bizi gözləyir bu haqda digər məqalədə oxuya bilərsiniz.
İndi isə İldırım Sürətli MİUİ 9-un telefonlara verilmə mərhələrini qeyd edək.
Birinci mərhələdə:
- Cihazlar: Redmi Note 4 Qualcomm/Redmi Note 4X, Mi Max 2
- Tarix: Noyabrın 3-ündən başlayaraq
İkinci mərhələdə:
- Cihazlar: Mi MIX 2, Redmi Y1, Redmi Y1 Lite, Redmi 4X, Mi 5, Mi Max
- Tarix: Noyabrın ortasından başlayaraq
Üçüncü mərhələdə:
- Cihazlar: Digərləri
- Tarix: Dekabrın sonu