MIUI sistem tətbiqlərində tövsiyələri (reklamları) deaktiv etmək (ROOT-suz)

MIUI sistemini işlədən zaman sistem tətbiqlərində meydana çıxan reklamlar çox zaman cansıxıcı olur. Bu reklamları heç bir əlavə tətbiq istifadə etmədən rahatlıqla deaktiv etmək mümkündür. Bu yazımızda həm tətbiq daxili, həmdə tətbiqə giriş edən zaman çıxan reklamların deaktiv edilməsini ətraflı izah edəcəm.

Tətbiqlərə giriş edərkən çıxan tətbiqlərin bağlanması.

Təhlükəsizlik tətbiqinə daxil oluruq, Mobil məlumatları seçirik. Daha sonra açılan səhifədən Sistem tətbiqləri, msa-nı tapıb mobil internet çıxışını məhdudlaşdırırıq.

Daha sonra geriyə Məlumat istifadəsini məhdudlaşdır səhifəsinə qayıdıb, yuxarı sağ küncdəki 3 nöqtəyə basıb açılan menyudan Arxa plan əlaqəsi-ni seçirik. Yeni açılan səhifədən msa-nı tapıb deaktiv edirik.

 

Daha sonra AyarlarƏlavə tənzimləmələr Səlahiyyətləndirmə və ləğvetmə yolunu izləyib açılan səhifədə msa-nı tapıb deaktiv edirik.

Bu əməliyyatlardan sonra hansı sistem tətbiqlərinin girişində reklam gəlirdisə onların keşini təmizləmək və telefonu söndürüb yandırmaq lazımdır. Və budur artıq siz MIUI sistem tətbiqlərinə giriş edərkən reklamla qarşılaşmayacaqsınız. 

Musiqi tətbiqi

Musiqi tətbiqinin daxildə yayımlanan reklamları deaktiv etmək üçün Musiqi tətbiqinə daxil olun yuxarı sol küncdəki 3 xəttə basırıq, açılan menyudan TənzimləmələrTəkmilləşdirilmiş tənzimləmələrTövsiyyələri qəbul edin seçimini deaktiv edirik.

Fayl İdarəçisi tətbiqi

Fayl İdarəçisi tətbiqinin daxildə yayımlanan reklamları deaktiv etmək üçün Fayl İdarəçisi tətbiqinə daxil olun yuxarı sol küncdəki 3 xəttə basırıq, açılan menyudan TənzimləmələrHaqqındaTövsiyyələr seçimini deaktiv edirik.

Təhlükəsizlik tətbiqi

Təhlükəsizlik tətbiqinin daxildə yayımlanan reklamları deaktiv etmək üçün Təhlükəsizlik tətbiqinə daxil olun yuxarı sağ küncdəki çarx simvoluna basırıq, açılan səhifədən Tövsiyyələri qəbul edin seçimini deaktiv edirik.

Endirilənlər tətbiqi

Endirilənlər tətbiqinin daxildə yayımlanan reklamları deaktiv etmək üçün Endirilənlər tətbiqinə daxil olun yuxarı sağ küncdəki 3 nöqtəyə basırıq, açılan menyudan Tənzimləmələr –  Tövsiyyə edilən məlumatları göstər seçimini deaktiv edirik.

Mənbə: https://en.miui.com/thread-3824479-1-1.html

Comments

comments

Posted in Blog, Genel, MIUI.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir