Xiaomi firması bugünlərdə Redmi Note 3 telefonun yeni versiyasını Redmi Note 3 Pro-nu təqdim edir. Bu versiyanın Noyabr ayında təqdim edilən əsas üstünlüyü Snapdragon 650 prosessora malik olmasıdır. Telefonun malik olduğu texniki göstəriciləri isə aşağıdakı kimidir:
- Snapdragon 650 prosessor (Dörd nüvə 1.2 GHz Cortex-A53 & iki nüvə 1.8 GHz Cortex-A72)
- Adreno 510 qrafik prosessor ( DirectX 12 və OpenGL ES 3.1 dəstəyi daha yaxşı oyun təcrübəsi)
- 4G+ şəbəkə dəstəyi
- 16 GB daxili yaddaş / 2GB ram və ya 32 GB daxili yaddaş / 3GB ram
- 16 Mpx arxa kamera (0,1 s ultra-tez üz tanıma avto foksu) və 5 Mpx ön kamera
- 4050 mAh həcmli batareya
- Qızılı, Gümüşü və Boz rəng seçimləri ilə
- Təxmini olaraq 151 dollar kimi bir qiymətə (2GB ram/16 GB yaddaşlı versiya)