Xiaomi firması keçen il təqdim etdiyi flagman telefonu Mi 4-ün davamçılarından olan Mi 4C modelini 22 sentyabr tarixində Çində təqdim etdi. Xiaomi firmasının flagman telefonlarda istifadə etdiyi Snapdragon prosessorlarının 820-cı versiyasının kütləvi istejsalata çıxmaması Xiaominin yeni flagman telefonu olacaq Mi 5-in istehsalını ləngidir. Bu səbəbdəndir ki artıq Xiaomi firması hələdə Mi 4-ün müxtəlif versiyalarını təqdim edərək model sırasını genişləndirir.
Mi 4C modelinin texniki göstəriciləridə yenə onu flagman telefonlardan heçdə geridə qalmadığının sübutudur.
– Qualcomm Snapdragon 808 1.8 GHz 6-nüvəli 64-bit prosessor
– Adreno 418 qrafik prosessor
– 5-inç 1080p ultra incə ekran
– 13 MP arxa kamera, PDAF + 5MP geniş bucaqlı ön kamera
– 3080 mAh batareya, USB Type-C port, Hızlı Şarj 2.0
– 4G Dual SIM