Fastboot Rom necə quraşdırılır?
Fastboot Rom telefona yenidən təmiz bir şəkildə Rom yükləmə üsuludur. Bu zaman bütün məlumatların sıfırlanması mümkündür ki, buda təmiz bir Rom quraşdırılması deməkdir.
Əvvəlcə MiFlash proqramını endirib komputerinizə quraşdırın: “http://bigota.d.miui.com/tools/MiPhone20141107.exe“
Daha sonra sizin telefonunuza uyğun olan ən son Fastboot Romu (Developer versiya) endirin: “http://en.miui.com/a-234.html“
Telefonu söndürün. Səs azaltma və yandırıb/söndürmə düymələrinin hər ikisini eyni anda basılı tutun. O vaxta kimi ki, ekranda aşağıdakı şəkili gördünüz. Sonra USB kabel vasitəsi ilə telefonu komputerə qoşun.
Komputerə endirdiyiniz romu arxivdən çıxardın. Çıxardığınız Rom qovluğunu açın və adres çubuğunadkı yazını kopyalayın. (Qovluğun yerləşdiyi yer)
Komputerinizə quraşdırmış olduğunuz MiFlash proqramını açın. Sonra adres yerinə bundan əvvəlki addımda kopyamadığımız Romun yerləşdiyi adresi yapışdırırıq.
Sonra isə -Refresh- düyməsinə (sarı rənglə göstərilən) basaraq proqamın telefonunuzu tapmasını gözləyirsiniz. Alt hissədə nəyi siləcəyinizi seçə bilərsiniz. *Flash all* hər şeyi silir, *Flash all except storage* yaddaşdan xaric məlumatları silir və sistemi quraşdırır, *Flash all except data and storage* sadəcə sistemi quraşdırar məlumatlara və yaddaşa toxunmaz. Daha sonra -Flash- düyməsinə (qırmızı rəndlə göstərilən) basaraq telefonu flaşlamağa başlayırıq.
Flaşlama əməliyyatı yaşıl rəngli sətir dolana qədər davam edər. Əməliyyat müvəffəqiyyətlə tamamlandıqdan sonra telefon özünü yeni sistemlə yenidən başladır.
Pingback: MIUI 7 GLOBAL BETA/DEVELOPER ROM | MIUI Azerbaycan
Salam. məndə xiaomi redmi note 5A Stable romdu Çin versiyası. çox dillər yoxdu. onu mən fastbood etmək istiyirəm hansı romu yükləyim bilmirəm.
Salam. Siz en.miui.com saytındakı download bölməsindən telefon modelinize uyğun Fastboot romu komuterə endirib MiFlash Tool proqrami vasitəsilə quraşdıra bilərsiniz.
SALAM. Mİ 8 ALMIŞAM CİN VERSİYADI. QLOBAL VERSİYA NECƏ KEÇMƏK OLAR
Gərək əvvəlcə Bootloader kilidini açasınız sonra isə komputer vasitesiə Mi Flash Tool proqramindan istifade etmklə telefona uyğun romu en.miui.com saytindan endirib Fastboot rejiminde telefona yazasınız
mi flash olmasasa olar komp vasitesiyle Twrp 3.3.1 versiyasin yukleyin telefona twrp yolu ile miui nin hansi rom un isdesez qurun
Salam men xiaomi mia2 ni (android one)-a miui rom yuklemek isteyirem her seyi edirem miflash proqraminda yukleme gedir saniyeler gedir ama yukleme sonlanmir sebeb ne ola biler?